Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri Moskvada bir araya gəldi

0
581

 

Moskvada Rusiya,Azərbaycan, və Ermənistan xarici işlər nazirləri, Sergey Lavrov, Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında üçtərəfli görüş başladı.
Nazirlər görüşmək üçün Rusiya XİN-in “Qəbullar Evi”nə gəlib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri müzakirə olunacaq.
Həmçinin martın 29-da Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutmuş görüşün yekunlarına dair qapalı məsləhətləşmələr də aparılacaq.
Daha sonra nazirlərə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti və Endryu Şofer də qatılacaq.