Rusiyanın Minskdəki səfiri Mixail Babiç yaxın vaxtlarda vəzifəsindən geri çağırılacaq. Bu barədə Rusiya Dövlət Dumasının MDB məsələlər komitəsində məlumat verildi.
Babiçin geri çağırılmasının “Kommersant” da, yüksək rütbəli mənbələrə istinad edərək bildirdi. Nəşr müəlliflərinin sözlərinə görə, “bu məsələ ötən həftə müzakirə olunub”.
Verilən məlumatlara əsasən bu vəzifəyə
senator Dmitri Mezentsev gətirilə bilər.
Qeyd edək ki, Babiç ötən ilin avqustundan etibarən diplomatik missiyaya rəhbərlik edir. Aprel ayında Belarus Xarici İşlər Nazirliyi Babiçi “ölkələr arasındakı əlaqələri pozmaqda” ittiham etdi.