Rusiya beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi ilə bağlı ABŞ ilə bərabər və konstruktiv dialoqa açıq olaraq qalır.
Bunu Rusiya Xarici İşlər Nazirliyi, ABŞ-ın orta və yaxınmənzilli raketlərin ləğvi müqaviləsindən çıxmasına dair açıqlamasında bildirib.
“Rusiya etimadın bərpası və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi ilə bağlı ABŞ ilə bərabər və konstruktiv dialoqa açıq qalır” – Xarici İşlər Nazirliyinin rəsmi saytında deyilir.
“Amerika tərəfinin məsuliyyətli yanaşmasına ümid edirik” – qeyd edildi.