Rusiya Çiliyə itkin düşən təyyarənin axtarışlarında kömək edir

0
405

Rusiya Çili xilasedicilərinə itkin düşən hərbi təyyarəni axtarmağa kömək edir.
Bu barədə Çili Hərbi Hava Qüvvələrinin generalı Eduardo Mosqueira deyib.
“Axtarışda iştirak edən 8 ölkə ilə əməkdaşlıq edirik. Uruqvay, Argentina, ABŞ, Peru və Rusiya bizə kömək edir, kifayət qədər təyyarə və gəmimiz var” – deyə, general bildirdi.
Onun sözlərinə görə, axtarış sahəsinin 240×120 kilometrə qədər genişləndirilib. Axtarışda iştirak edən gəmilər 80×80 kilometr sahədə təyyarə axtarır. Axtarış əməliyyatı altı gün davam edəcək, lakin bu müddət dörd gün də uzadıla bilər.
Qeyd edək ki, S130 təyaşyarəsi ilə əlaqə dünən 18:00 radələrində kəsilib. Təyyarədə heyyət üzvləri də olmaqla 38 nəfərin olduğu bildirilir.