Rusiya prezidenti Vladimir Putin və ABŞ dövlət katibi Mayk Pompeonun Soçidə görüşü baş tutdu.
Putinin “Boçarov Ruçey” yaz igamətgahında keçirilən görüş bir saat yarım davam etdi.
Görüşdə Moskva tərəfindən Rusiyaya xarici kəşfiyyat xidmətinin direktoru Sergey Narışkin, Rusiya xarici işlər naziri Sergey Lavrov, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov və Rusiya Xarici İşlər Nazirliyinin Şimali Amerika Departamentinin direktoru Georgi Borisenko da iştirak etdi.
Amerikanı isə, Pompeo ilə yanaşı, ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman, ABŞ-ın Suriyadakı xüsusi nümayəndəsi Ceyms Ceffri və ABŞ Dövlət katibinin müavini Filipp Riker təmsil etdi.
Qeyd edək ki, Mayk Pompeo Putinlə görüşməzdən öncə, Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.