Rusiya Fars Körfəzi üçün BMT-yə Təhlükəsizlik Konsepsiyasını təqdim edəcək

0
650

Rusiya Fars Körfəzindəki təhlükəsizlik konsepsiyasını BMT-yə təqdim edə bilər və Təhlükəsizlik Şurasının xüsusi iclasının çağırılması ehtimalı nəzərdən keçirilir.
Bunu xarici işlər nazirinin müavini Mixail Boqdanov jurnalistlərə açıqlamasında deyib.
Boqdanov, bunun BMT Təhlükəsizlik Şurasının xüsusi iclasında edilə biləcəyini istisna etmədi.
Qeyd edək ki, İyulun 24-ü Rusiya Xarici İşlər Nazirliyində Rusiyanın Fars körfəzi ilə əlaqədar təhlükəsizlik konsepsiyası təqdim edildi. Rusiyanın təklif etdiyi tədbirlər planı arasında bölgədə xarici hərbi bazaların yerləşdirilməsinin qadağan edilməsi də yer alıb.