Rusiya hərbçiləri ARMI-2019-da liderdir

0
1474

Rusiya hərbçilərinin komandası ARMI-2019-un bütün yarışlarının nəticələrində liderdir. Bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin İnformasiya və Kütləvi Kommunikasiya İdarəsi məlumat verdi.
“Yarışların nəticələrinə görə, “Tank Biatlon” yarışında son yarış istisna olmaqla, Rusiya ümumi yarışlarda liderliyin qoruyub saxlayır” – Müdafiə Nazirliyinin İnformasiya və Kütləvi Kommunikasiya İdarəsindən verilən məlumatda deyilir.
Müdafiə Nazirliyindən verilən məlumata əsasən, hazırda ümumi hesabda Çin komandası ikinci, Qazaxıstan üçüncü yerdədir.
Qeyd edək ki, Rusiya, Azərbaycan, Belarus və Qazaxıstan komandalarının iştirakı ilə Tank Biatlonunun final yarışı şənbə günü saat 16.30-da Moskva yaxınlığındakı Alabino təlim poliqonunda keçiriləcək.