Rusiya Honq Konqdakı baş konsulu əvəz etdi, avqust ayından bu vəzifəni İqor Sagitov icra edəcək.
Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyindən məlumat verildi.
1986-cı ildən bəri diplomatik xidmətdə olan İqor Sagitov vAlexander Kozlovu əvəz etdi.
Qeyd edək ki, Sagitov Rusiya Xarici İşlər Nazirliyinin mərkəzi aparatında və xaricdə müxtəlif vəzifələrdə çalışıb.
2011 – 2015-ci illərdə Rusiya KXDR-dəki səfirliyinin məsləhətçisi, 2015-ci ildən isə Rusiya Xarici İşlər Nazirliyinin birinci Asiya şöbəsinin müdir müavini vəzifəsində çalışıb.