Moskva, Hörmüz boğazında yaşanan son hadisələrdən narahatdır, bölgədə qarşıdurma riski artır. Bu barədə Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Ryabkov RiA Novosti-yə danışıb.
“Bu vəziyyət bizi narahat edir. Qarşıdurma riskləri son dərəcə güclənib. Hətta o dərəcə güclənib ki, gələcək inkişafı proqnozlaşdırmaq çətinləşir” – Ryabkov, Hörmüz boğazında baş verənləri şərh edərkən bildirdi.
Qeyd edək ki, CNN, ABŞ Müdafiə Nazirliyindəki qaynağına istinadən, İrana aid olduğu iddia edilən beş kiçik gəminin Fars körfəzində İngilis neft tankerinə yaxınlaşdığını və İranın ərazi sularına yaxın yerdə dayanmasını tələb etdiyini bildirib.