“Rusiya ilə inteqrasiya Minsk razılaşmalarını pozmur”

0
429

Rusiya ilə inteqrasiya prosesləri Minsk razılaşmaları ilə ziddiyyət təşkil etmir.
Belə bir bəyanatla Özünü müstəqil elan etmiş Donetsk Xalq Respublikasının rəhbəri Denis Puşilin çıxış edib.
“”Norman Dördlüyü” nün görüşündən sonra dostumuzun və düşmənimizin kim olduğunu başa düşdük … Rusiya ilə eyni istiqamətdə getmək istəyirik və Kiyevin rəyindən asılı olmayaraq bu istiqamətdə sistemli şəkildə irəliləyəcəyik … Üstəlik inteqrasiya prosesləri Rusiya ilə Minsk razılaşmalarına zidd deyil” -deyə, Puşilin bildirib.
Qeyd edək ki, bundan əvvəl Donetsk hakimiyyəti dəfələrlə respublikanın Rusiya ilə inteqrasiyaya getdiyini bəyan edib. Ölkə liderinin qeyd etdiyi kimi, Donetsk bu prosesləri daha da gücləndirməyi hədəfləyir.