Moskva İsrailin Rusiya ilə dostluq münasibətlərinin qorunması İsrailin yeni hökumətinin prioritetləri arasında qalacağına şübhə ilə yanaşmır.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova İsraildəki seçkiləri şərh edərkən məlumat verdi.
“İkitərəfli dostluq münasibətlərinin, sabitliyin qorunması, gələcək hökumətin prioritetlərindən biri olaraq qalacağına şübhə etmirik” – Zaxarova bildirdi.
Qeyd edək ki, Hazırki Baş nazir Benyamin Netanyahunun başçılıq etdiyi sağçı Likud partiyası, İsrail parlament seçkilərində liderdir.