Rusiya KXDR-ə humanitar yardım göndərmək imkanlarını nəzərdən keçirəcək

0
433

Rusiya Şimali Koreyaya ikitərəfli kanallar vasitəsilə humanitar yardımın mümkünlüyünü barədə düşünür.
Bu sözləri RİA Novosti-yə müsahibəsində Rusiya Federasiyasının KXDR-dəki fövqəladə və səlahiyyətli səfiri Aleksander Matseqora söyləyib.
Matseqoranı sözlərinə görə, Şimali Koreyada qida ilə bağlı vəziyyət çətin olaraq qalır.
“Ölkəmiz Ümumdünya Ərzaq Proqramı və digər beynəlxalq təşkilatlar vasitəsilə mütəmadi olaraq KXDR-ə humanitar yardım göndərir. İkitərəfli əsasda yardım məsələsinə baxılır – burada ərzaq vəziyyəti çətin olaraq qalır. Keçən il məhsul orta səviyyədən aşağı idi və bu il, bizim hesablamalarımıza görə, taxıl yığımı daha da aşağı düşəcək – Koreyalıların dediyi kimi, ən sərt “kral” quraqlığı məhsulu tələf etdi” – Rusiya Federasiyasının KXDR-dəki fövqəladə və səlahiyyətli səfiri Aleksander Matseqora qeyd etdi.