Rusiya Liviyada sülhün bərqərar olması yolunda töhvə verməyə hazırdır

0
531

Rusiya Liviyadaki münaqişənin sülh yolu ilə həll olunmasına qatqı təmin etməyə hazırdır. Ölkədəki böhran siyasi və diplomatik yollarla həll olunmalıdır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bildirdi.
“Bu, bizim ənənəvi mövqeyimizdir, və bu mövqe dəyişməz olaraq qalır.
Şübhəsiz ki, Biz, məsələnin siyasi və diplomatik üsullarla həllinin tərəfdarıyıq.
Biz bu yanaşmamızı dəfələrlə dilə gətirmişik.” – Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova təşki olunmuş brifinqdə qeyd etdi.