Rusiya Liviyadakı münaqişə tərəflərini danışıqlar masasına oturmağa çağırdı

0
782

Rusiya Liviyadakı münaqişə tərəflərini danışıqlar masasına oturmağa və ölkələrin parçalanmasını aradan qaldırmaq üçün siyasi  proses qurmağa çağırır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Mövqeyimiz Liviya böhranının siyasi həllinə alternativin olmamasıdır. Bu baxımdan, ilk addım olaraq uzunmüddətli davamlı atəşkəsin yaradılması zərurətindən irəli gəlirik. Eyni zamanda, Liviyadakı hərbi-siyasi qüvvələri danışıqlar masasına oturmağa və ölkənin parçalanmasını aradan qaldırmaq və Liviya torpağına sülh və rifah gətirə biləcək vahid, təsirli dövlət təsisatları yaratmağı hədəfləyən əhatəli bir siyasi prosesin qurulması üçün tədbirlər görməyə çağırırıq.” – Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd etdi.