Rusiya Mozambikə humanitar yardım göndərdi

0
478

Rusiya, Ümumdünya Səhiyyə Təşkilatının təcili tibbi hazırlıq qabiliyyətini gücləndirmək üçün Rusiya Federasiyası tərəfindən maliyyələşdirilən layihə çərçivəsində, daşqından təsirlənmiş Mozambikə fövqəladə humanitar yardım göndərdi.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi Məlumat verdi.
“Aprelin 8-də Mozambikin Beira şəhərinin fəlakətdən təsirlənmiş əhaliyə lazımi kömək göstərmək məqsədilə dərman və tibbi vasitələr göndərildi” – məlumatda bildirilir.