Müdafiə Nazirliyi Rusiya Hərbi Hava Qüvvələrinin Cənubi Koreyanın hava məkanını pozması barədə məlumatları təkzib etdi.
Nazirlikdən verilən məlumata görə, iki strateji Tu-95ms bombardmançısı Yaponiya dənizinin neytral suları üzərində planlı uçuş həyata keçirib.
“Cənubi Koreyalı pilotlar Tu-95ms ekipajları ilə əlaqə qurmayıb və F-16, xəbərdarlıq atəşi açdıqdan sonra, manevr edərək, Rusiya təyyarələrindən uzaqlaşıb” – Müdafiə Nazirliyindən əlavə edildi.
Nazirlik Rusiya təyyarələrinin marşrutu beynəlxalq qaydalara uyğun olaraq plandan yayınmadan, yəni Dokdo adalarından 25 km-dən çox məsafədə keçdiyini vurğuladı.