Rusiya NATO-nu alyans ölkələri ilə Rusiya Federasiyası arasında təmas bölgələrində hərbi təlimlərin səviyyəsini azaltmaq üçün danışıqlara başlamağa dəvət etdi. Bu barədə xarici işlər nazirinin müavini Aleksander Gruşko məlumat verib.
Diplomatın qeyd etdiyinə görə, söhbət Baltikyanı və Qara dəniz bölgələrindən gedir. Nazir müavini, NATO-nun Rusiya təklifinə “sadəcə reaksiya vermədiyini” vurğuladı.
Qeyd edək ki, bir müddət öncə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeri Gerasimov, artan hərbi fəallıq və NATO qüvvələrinin Baltik və Qara və Baltik dənizlərində tez-tez keçirdiyi təlimlər ittifaqın geniş miqyaslı hərbi qarşıdurmaya məqsədyönlü hazırlığından xəbər verdiyini bildirib.