Rusiya orbitə 4 hərbi peyk buraxdı

0
606

Rusiyanın 4 hərbi peyki Plesesk hava limanından orbitə buraxıldı.
Peyklər “Soyuz-2.1” raketdaşıyıcısı ilə göndərildi. Bu barədə Rusiya Müdafiə Nazirliyinin İnformasiya və Kütləvi Kommunikasiya departamentindən məlumat verildi.
Raket Moskva vaxtıylə 20:14-də start götürüb. Bu “Soyuz-2” raketinin kosmosa ikinci gedişidir.
Nazirliydən verilən məumata əsasən raketin göndərilmə prosesi normal şəkildə həyata keçirilib.