Beynəlxalq məhkəmələr, Rusiya sərhədini pozduqlarına görə Ukraynalı dənizçilərin tutulduğu Kerç boğazındaki hadisənin ətrafında, Rusiya Federasiyasının cinayət işinə müdaxilə etməməlidir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat verdi.
“Beynəlxalq məhkəmə prosesi Rusiya Federasiyasında aparılan cinayət tədqiqatına müdaxilə etməməlidir və onun nəticələri beynəlxalq məhkəmə orqanının qərarı ilə müəyyən edilməməlidir” – məlumatda deyilir.
“Ukrayna dənizçilərin prosessual hüquqları ciddi şəkildə tətbiq olunur, onlar hüquqşünasların xidmətlərindən istifadə edir, tibbi yardım alırlar”.Ukraynanın beş ay müddətinə tribunala müraciət etməməsi isə, bu işin təcili olmadığını göstərir.” – XİN qeyd etdi.
Qeyd edək ki, 2018-ci ilin Noyabr ayında Ukraynanın üç hərbi gəmisi Kerç boğazında Rusiya Federasiyasının sərhədini bozduğuna görə saxlanılıb.
Hadisə nəticəsində gəmilərdə olan 24 hərbiçi həbs edilib.
Onlara Rusiyanın dövlət sərhədinin qeyri-qanuni keçməsi maddəsi ilə cinayət işi açılıb.