Rusiya Dövlət başçısı, Baş nazir və Kreml rəhbərliyi 2018-ci il üçün gəlir və əmlak bəyannamələrini nəşr etdi.
2018-ci ildə Vladimir Putinin gəliri 8.648 milyon rubl təşkil etdi.
Qeyd edək ki ölkə başçısının 2017-ci ildəki gəliri 18.7 milyon rubl təşkil edib.
Rusiya Federasiyasının baş naziri
Dmitri Medvedevin gəlirləri 2018-ci ildə 1,35 milyon rubl artaraq 9,917 milyon rubl təşkil etdi.
Dövlət Dumasının spikeri Vyaçeslav Volodin 2018-ci ildə 71,7 milyon rubl gəlir əldə etdiyini qeyd etdi
Rusiya Federasiya Şurasının spikeri Valentina Matvienkonun 2018-ci ildəki gəliri 15,274 min rubl təşkil etdi.
Rusiya Müdafiə naziri Sergey Şoyqu 2018-ci ildə təxminən 11,5 milyon rubl qazandı.
2018-ci ilin sonunda xarici işlər naziri Sergey Lavrovum gəlirləri 7,340,393 rubl və 48 qəpik təşkil etdi.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ötən il ərzində 12,795 milyon rubl gəlir əldə etdi.
2018-ci ilədə Dövlət Duması fraksiyalarının rəhbərləri arasında ən zəngin Rusiya Federasiyasının Kommunist Partiyasının lideri Gennadiy Zyuganov oldu, keçən il O, 7,9 milyon rubl qazandı.