Rusiya Federasiyası Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksander Lavrentyev, Suriyadakı rukban qaçqın düşərgəsinin avqust ayında bağlanacağına ümid etdiyini bildirdi.
“Ümid edirik ki, Birləşmiş Millətlər Təşkilatının müvafiq qurumlarının dəstəyi ilə mülki şəxslərin Rukban düşərgəsindən daimi yaşayış yerlərinə qayıdşı avqust ayında başa çatdıracaq və müvafiq olaraq bu düşərgənin fəaliyyət göstərməsi məsələsini bağlayacağıq” – Lavrentyev bu barədə Nur Sultanda Suriya ilə bağlı danışıqların 13-cü turundan sonra keçirilən mətbuat konfransında bildirib.
Qeyd edək ki, İordaniya ilə Suriya sərhədində yerləşən Əl-Tanfa bölgəsində ABŞ hərbi bazası yerləşir. Rukban düşərgəsi isə, Vaşinqtonun hərbi bazasının 55 kilometriliyində, amerikalı hərbiçilərin nəzarətində olan zonada yerləşir.