Rusiya Federasiyası Birləşmiş Ştatlarla gərginliyin artmasında maraqlı deyil.
Bunu Rusiyanın Vaşinqtondaki səfiri Anatoliy Antonov bildirdi.
“Biz gərginliyin artmasında maraqlı deyilik” – Antonov, Pensilvaniya Universitetində, ABŞ-ın Yaxın və Uzaq mənzilli raketlərinin ləğvi haqqında müqavilədən çıxmasını şərh edərkən qeyd etdi.
Səfirin sözlərinə görə, Moskva Vaşinqtonla silahlanmada yarışmır.
“Hər hansı bir müharibəyə, hər hansı bir silah yarışına başlamaq istəmirik “, – Antonov əlavə etdi.