Britaniyalı nazirlərin kiberhücumlar haqqında iddiaları reallığı əks etdirmir.
Bunu Rusiya Federasiyasının Böyük Britaniyadaki səfirliyinin mətbuat xidmətinin rəhbəri bildirdi.
“Rusiya müxtəlif yollarla dəfələrlə, Britaniyalı həmkarlarına kiberhücumlara qarşı əməkdaşlıq təklif edib. Təəssüf ki, bu günə qədər Londondan heç bir reaksiya gəlməyib” – mətbuat xidmətinin rəhbəri vurğuladı.
Qeyd edək ki, bir müddət öncə, İngiltərənin xarici işlər naziri Ceremi Hant növbəti dəfə Rusiyanı kiberhücumlarda günahlandıraraq, Rusiya Federasiyasının bir çox ölkədə “kritik infrastrukturu” pozmaq və “seçki nəticələrini dəyişdirmək” niyyəti olduğunu iddia etdi.