Kamerun səlahiyyətliləri, Douala limanı yaxınlığında Marmalayt yük gəmisinə hücum zamanı tutulan üç Rusiya vətəndaşının yerini hələ də tapmatıb.
Bu barədə Rusiyanın Kamerundaki səfirliyindən məlumat verildi.
“Kamerun hakimiyyəti hələ də Rusiya vətəndaşlarının harada olduğunu tapmayıb.Rusiya vətəndaşlarının axtarışı davam edir” – Rusiyanın Kamerundaki səfirliyindən verilən məlumatda deyilir.
Qeyd edək ki, avqustun 15-də Douala limanının (Kamerun Respublikası) yaxınlığında naməlum şəxslər Danimarkanın Ultrabalk şirkətinə məxsus Marmalita yük gəmisinə hücum edib.
Əsir götürülən 8 nəfər heyyət üzvündən üçü Rusiya vətəndaşları olduğu bildirilir.