Rusiyanın Yunanıstandaki səfirliyi qarşısında qumbara partladıldı. Hadisə Afinə şəhərinin Halandri rayonunda baş verdi. Məlumatlara əsasən 2 nəfər naməlum şəxs qumbaranı polis köşkünə atdı. Köşkdə heç kəs olmadığından ölən və yaralanan olmadığı bildirilir. Rusiya səfirliyinin nümayəndəsinin sözlərinə görə, köşk səfirlik binasının yanında yerləşir. Polis əməkdaşları hadisə yerinə gəldi, istintaq aparılır. Hüquq-mühafizə orqanları müşahidə kameralarına baxıb və şahidləri dindirirlər. Qeyd edək ki, anoloji hadisə 2016-cı il noyabrında da baş verib.