Rusiya sərhədləri yaxınlığında ABŞ təyyarəsi qeydə alındı

0
606

ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus “RQ-4B-40 Global Hawk” pilotsuz uçuş aparatı Rusiyanın qərb sərhədləri yaxınlığında kəşfiyyat uçuşu həyata keçirdi.
Bu barədə PlaneRadar müşahidə mənbəsi məlumat verdi.
112048 nömrəli təyyarə NATO-nun Siciliyada yerləşən Siqonella hərbi hava bazasından havaya qalxıb.
PUA Moskva vaxtı ilə 11: 5-də Kalininqrad bölgəsinin sərhədi yaxınlığında qeydə alındı.13:00-da Pskov və Leninqrad bölgələrinin sərhədləri boyunca Estoniyanın hava sahəsindəki kəşfiyyat uçuşları apardı.
Qeyd edək ki, son zamanlar xarici kəşfiyyat təyyarələri Rusiya sərhədlərində daha çox müşahidə olunur. Beləki, ötən həftə RQ-4B-40 Global Hawk pilotsuz uçuş aparatı Krım sahilləri yaxınlığında qeydə alınıb.