Böyük Britaniyanın Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Rusiyanın Qara dəniz sahillərində kəşfiyyat uçuşu aparıb. Bu barədə Plane Radar monitorinq mənbəsi məlumat verdi.
Məlumata əsasən, Bombardier Global Express Sentinel R1 təyyarəsi Moskva vaxtı ilə 05:05-də Qara dənizin Rusiya sahil xəttindən 66 kilometr məsafədə qeydə alınıb
07: 50-də kəşfiyyat təyyarəsi ərazidə dövrə vuraraq geri qayıdıb.
Qeyd edək ki, son zamanlar Rusiya sərhədləri yaxınlığında ABŞ və Böyük Britaniyaya məxsus kəşfiyyat təyyarələri daha çox müşahidə olunur.