ABŞ təyyarələri Krım və Krasnodar şəhəri yaxınlığında kəşfiyyat xarakterli uçuşlar həyata keçirdi.
Bu barədə PlaneRadar monitorinq mənbələri məlumat verdi.
Moskva vaxtı ilə 06:05 radələrində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus RQ-4B40 Global Hawk kəşfiyyat təyyarəsi NATO-nun Siciliyada yerləşən Siqanella hərbi bazasından havaya qalxdı.
Təyyarə 11:15-də Yunanıstan, Bolqarıstan və Rumıniyanın hava sərhədini keçərək Rusiya sərhədinə yaxınlaşdı.
RQ-4B40 Global Hawk, ölkənin cənub-şərqində altı saatlıq uçuşdan sonra geri qayıtdı.