Rusiya S400-ləri Türkiyəyə çatdırdı

0
762

Rusiya Cümə günü S-400 zenit-raket komplek sisteminin ilk partiyasını Türkiyəyə çatdırdı.
Bu barədə Türkiyə Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda deyilir.
“S-400 zenit-raket komplekslərinin ilk partiyası Türkiyəyə gəldi. Təslimat, Ankaranın Mürted hərbi hava bazında gerçəkləşir” – Türkiyə MN-dən verilən məlumatda deyilir.
Qeyd edək ki, Rusiyanın S-400 müdafiə sistemlərinin satın alınması Türkiyə ilə ABŞ arasında beynəlxalq skandala səbəb oldu: ABŞ müqavilənin ləğv edilməsini və Türkiyədən Patriot müdafiə komplekslərini satın almağı tələb etdi.