Rusiya Şimali Koreya ilə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir

0
622

Rusiya Daxili İşlər Naziri Vladimir Kolokoltsev Şimali Koreyanın Xalq Təhlükəsizliyi naziri Tsoi Bu İl ilə görüşündə, Rusiyanın Şimali Koreya ilə, beynəlxalq sanksiyalardan təsirlənməyən müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğunu bildirdi.

Bu barədə Daxili İşlər Nazirliyin xüsusi nümayəndəsi İrina Volk məlumat verdi .
“Rusiya Daxili İşlər Nazirliyinin rəhbəri, ikitərəfli siyasi dialoqun yüksək səviyyə və etibarlı xarakterini qeyd edərək, Şimali Koreyalı həmkarı il beynəlxalq sanksiyalardan təsirlənməyən müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirmək niyyətini qeyd etdi” – məlumatda deyilir.