Rusiya Müdafiə Nazirliyi, Rusiyanın Su-27 təyysrəsinin Baltik dənizinin üzərində ABŞ-ın B-52H Stratofortress bombardmançı təyyarəsini müşayiət etdii videonu paylaşdı.
Son 24 saat ərzində Rusiya Hərbi Hava qüvvələri ABŞ hərbi təyyarələrinin uçuşuna iki dəfə reaksiya verdi. Nəticədə ABŞ bombardmançıların dövlət sərhədinə yaxınlaşmasına mane olmaq üçün Su-27 döyüş təyyarələri havaya qaldırıldı.
Rusiya Milli Müdafiə İdarəsinin məlumatına görə, 14 Mart tarixindən etibarən ABŞ Hərbi Hava Qüvvələri təyyarələri Baltik dənizi üzərində yeddi uçuş həyata keçirdi. Bundan əlavə, Mart ayında Stratofortress təyyarəsi, Rusiya sərhədlərində dəfələrlə qeydə alındı.
Bir müddət öncə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vaşinqtonun bu cür tədbirlərini regionda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə zərbə olduğunu vurğuladı.