Rusiya Federasiyası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəhbəri, general-mayor Aleksandr Kşimovski Moskvada Almaniyalı həmkarı Gez von Geyr ilə Rusiya-NATO əlaqələri müzakirə etdi.
Bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verdi.
“Tərəflər beynəlxalq təhlükəsizliyin aktual məsələlərini və Rusiya-NATO əlaqələrini müzakirə edib. Həmçinin silahların idarə edilməsi mövzusunda da toxunulub” – Müdafiə Nazirliyindən verilən məlumatda deyilir.
Qeyd edək ki, görüş konstruktiv qaydada keçirilib. Ölkə nümayəndələri müzakirələrin davam etdirilməsində razılığa gəlib.