Rusiya və Belarus inteqrasiya proqramı üzərində işləri başa çatdırıb.
Bu barədə Rusiyanın Baş naziri Dmitri Medvedev məlumat verdi.
“1999-cu il Birlik Müqaviləsinin icrası üçün fəaliyyət proqramı üzərində iş xəritələrinin siyahısına bir əlavə ilə işimizi bitirdik. Ancaq bu iş, bununla bitmir, başlayır” – Medvedev belaruslu həmkarı Sergey Rumas ilə danışıqlardan sonra deyib.
Rusiya Nazirlər Kabinetinin rəhbərinin sözlərinə görə, tərəflər iqtisadi fəaliyyətin demək olar ki, bütün sahələrində, xüsusilə maliyyə-kredit, vergi sahələrində, gömrük tənzimlənməsi, rəqəmsal inkişaf və turizm sahələrində həyata keçirilməli olan qaydalar hazırlamalı olacaqlar.