Belarus və Rusiya tərəfləri Soçidəki danışıqlarda elektrik enerjisi sənayesi və gömrük xidmətləri arasında əməkdaşlıq inteqrasiyasının “yol xəritələri” layihəsi ilə tam razılaşdılar. 8 sənayenin yol xəritələri razılaşdırılmamış olaraq qalır. Bu barədə
Rusiya və Belarus səkkiz inteqrasiya “yol xəritəsi” barədə razılığa gəlməyib
Belarusiyanın Rusiyadakı səfiri Vladimir Semaşko məlumat verib.
Belarusiyalı diplomat qeyd etdib ki, dekabrın 6-sı baş nazirlər görüşərək, enerji nazirlərini dinləyiblər. Bundan əlavə, tərəflər, elektrik enerjisinə dair yol xəritəsində bir həll yolu tapdıqlarını bildirdilər.
Qeyd edək ki, Rusiya və Belarus Birlik Dövlətinin yaradılması haqqında saziş dekabrın 8-də 1999-cu ildə Moskvada imzalanıb. Belarusiya Prezidenti Aleksandr Lukaşenko birlik müqaviləsinin 20 illiyi üçün inteqrasiya və sektor yol xəritələrini dərinləşdirmək üçün proqramın qəbul edilməsini təklif edib. Bununla əlaqədar cümə günü iki ölkənin baş nazirləri Dmitri Medvedev və Sergey Rumas arasında danışıqlar aparılıb.