Rusiya və Boliviya kosmik sektorda bir sıra layihələni müzakirə edir. Bu barədə RİA Novosti-yə müsahibəsində Rusiyanın Latın Amerikası ölkəsindəki səfiri Vladimir Sprinçan bildirib.
Sprinçan, “İyun ayında Boliviya, təlim proqramlarını, kommunikasiya peyklərinin idarə edilməsində və saxlanılmasında mütəxəssislərin hazırlanmasını, Rus kosmonavtlarından birinin Boliviyaya səfərini təşkil etməsi təklifini irəli sürdü. Sözü gedən məktubu “Roscosmosa” göndərdim” dedi.
Onun sözlərinə görə, Tariha şöbəsində 70-ci illərdə Sovet İttifaqı ilə birlikdə yaradılan rəsədxana var. Keçmişdə bir çox sovet mütəxəssisi bu rəsədxanada çalışıb.
Qeyd edək ki, Boliviyanın prezidenti Evo Moralesin başçılıq edəcəyi nümayəndə heyəti, iyulun 11-də Rusiya Dövlət Başçısı Vladimir Putin ilə görüşəcək.