Rusiya və Cənubi Koreya Yapon dənizi üzərindəki hadisə ilə bağlı danışıqlara başladı

0
590

Cənubi Koreya və Rusiya Seulda Rusiya hərbi təyyarəsinin Cənubi Koreyanın Dokto adasından uçması ilə əlaqədar vəziyyətə dair danışıqlara başladı.
Bu barədə Koreya Respublikası Müdafiə Nazirliyindən verilən məlumatda deyilir.
Verilən məlumata əsasən, danışıqlarda adı açıqlanmayan Rusiya səfirliyinin nümayəndəsi və Cənubi Koreya müdafiə nazirliyinin siyasi planlaşdırma şöbəsinin müdiri Lee von-Ik iştirak edir.
Danışıqların nəticələri müzakirələr başa çatdıqdan sonra yayımlanacaq.
Qeyd edək ki, bir müddət öncə, Cənubi Koreyanın Baş Qərargah Rəislərinin Birgə Komitəsi Rusiyanı ölkənin hava məkanını pozmaqda günahlandırıb.