Rusiya və Çin, ABŞ-la əlaqədar BMT Təhlükəsizlik Şurasının iclasını çağırdı

0
567

Rusiya və Çin, ABŞ-la əlaqədar BMT Təhlükəsizlik Şurasının iclasını çağırdıRusiya və Çin, ABŞ-ın orta mənzilli raketləri hazırlamağı və yerləşdirməyi planlaşdırdığı üçün, BMT Təhlükəsizlik Şurasının iclasını çağırdı.
Bu barədə Rusiyanın beynəlxalq təşkilatdakı daimi nümayəndəsinin səlahiyyətlərini icra edən Dmitri Polyanski məlumat verdi.
Onun sözlərinə görə iclas Avqustun 22-si keçiriləcək.
Qeyd edək ki, bir müddət öncə Pentaqon INF Müqaviləsi ilə qadağan edilən, yerüstü kruiz raketini sınaqdan keçirdiyini bildirdi. Raket 500 kilometrdən çox uçuşdan sonra hədəfi uğurla vurmağda müvəffəq oldu.