Rusiya və Çin hökumət başçıları bir araya gələcək

0
532

Rusiya və Çin hökumət başçıları sentyabr ayında ticarət, elm və mədəniyyət sahələrində əməkdaşlığı müzakirə edəcəklər.
Bu barədə Rusiya Baş nazirinin müavini Konstantin Çuiçenko Şərq İqtisadi Forumuna həsr olunmuş media yığıncağında məlumat verib.
“Sentyabrın ortalarında Sankt-Peterburqda hökumət başçılarının 24-cü müntəzəm iclası keçiriləcək. Medvedev və Çin Xalq Respublikası Dövlət Şurasının Baş katibi Li Kesyanq bütün əsas sahələrdə – ticarət, iqtisadi, investisiya, innovativ və sənaye, mədəni və humanitar sahələrdə praktik əlaqələndirmənin aktual məsələlərini müzakirə edəcəklər” – Rusiya baş nazirinin müavini vurğuladı..
Qeyd edək ki, 4-6 sentyabr tarixlərində Rusiyanın Vladivostok şəhərində Şərq İqtisadi Forumu keçiriləcək.