Rusiya və Çin vertolyot təmiri xidməti mərkəzi ilə bağlı müqavilə imzalamaq istəyirlər

0
595

Rusiyanın “Mi” helikopterlərinin Çində təmiri üçün xidmət mərkəzinin yaradılması haqqında müqavilə ilin sonuna qədər imzalana bilər.
Bu barədə “Rusiya Helikopterləri” şirkətinin baş direktoru Andrey Boginski Şərq İqtisadi Forumunda jurnalistlərə məlumat verib.
“Mi helikopterləri üçün ilin sonuna qədər müqavilə bağlaya biləcəyimizi düşünürük. “Ka” markalı helikopterlər üçün müqavilənin imzalanmısı uçünsə deyə bilərəm ki, yəgin ki, bu növbəti ilin birinci yarısının perspektividir”, – “Rusiya Helikopterləri” şirkətinin baş direktoru Andrey Boginski bildirdi.
Qeyd edək ki, bir müddət öncə holdinqin baş direktorunun müavini İqor Çeçikov bildirib ki, “Rusiya Helikopterləri” şirkəti 2021-ci ilə qədər Çində Rusiya istehsalı olan helikopterlərin təmiri üçün dörd servis mərkəzi yaratmaq niyyətindədi.