Rusiya və Çin yaxın vaxtlarda vizasız qrup turist mübadiləsi haqqında sazişin yenilənməsi məsələsində ikitərəfli məsləhətləşmələr aparmaq niyyətindədirlər.
bunu jurnalistlərə Federal Turizm Agentliyi (Rostourism) rəhbərinin müavini Sergey Korneyev söyləyib.
“Razılaşmaya gəldikdə, Çinin Mədəniyyət və Turizm Nazirliyi ilə dialoq davam edəcək, yaxın gələcəkdə Çinin Mədəniyyət və Turizm Nazirliyi və mütəxəssislərimizlə ikitərəfli məsləhətləşmələr aparılacaq və bundan sonra da işlərimizə müəyyən olunmuş qaydada davam edəcəyik”- deyə, Korneyev bildirib.
Onun sözlərinə görə, “işləmək və müzakirə etmək istədiyimiz başqa bir şey isə, paralel olaraq Çinli həmkarlarımızla turizm təhlükəsizliyi mexanizmləri, dempinqdən qorunma mexanizmləri, Çin və Rusiyanın turizm bazarındakı tərəfdaşlarının, düzgün, rahat və qanuni şəffaf işləməsidir”