Rusiya Xarici İşlər Naziri Sergey Lavrov və Çin Xarici İşlər Naziri Vang Yi arasında telefon danışığı baş tutub. Danışıq zamanı BMT Təhlükəsizlik Şurasında Rusiya-Çin qarşılıqlı əlaqəsi daxil olmaqla ikitərəfli və beynəlxalq gündəm məsələlərini müzakirə etdilər. Bu barədə Rusiya Xarici İşlır nazirliyinin mətbuat xidmətindən verilən məlumatda deyilir.
“Söhbət zamanı ikitərəfli və beynəlxalq gündəmdəki aktual məsələlər, o cümlədən Rusiya ilə Çinin BMT Təhlükəsizlik Şurasında qarşılıqlı əlaqəsi müzakirə edildi”- deyə, verilən məlumatda deyilir.
Qeyd edək ki, daha əvvəl Rusiya və Çin BMT Təhlükəsizlik Şurasının KXDR-ə qarşı sanksiyaların bir hissəsinin ləğvi, həmçinin altı tərəfli danışıqların bərpa olunmasını tələb edən birgə layihə hazırlayıb.