Rusiya və Hindistan ikitərəfli sənədlər paketi imzalayıblar

0
578

Rusiya və Hindistan Şərq İqtisadi Forumunda ikitərəfli sənədlər paketi imzalayıb.
Bu barədə Rusiya prezidenti Vladimir Putin məlumat verib.
“Bu gün, razılaşdırıldığımız kimi, əlaqələrin daha da dərinləşməsinə, o cümlədən xarici siyasət koordinasiyasına tərəfdarlığımızı ifadə edən yeni əməkdaşlığın zirvələrinə inam və tərəfdaşlıq şərəfinə geniş əhatəli bir bəyanat qəbul edəcəyik” – Rusiya prezidenti bildirdi.
Putinin sözlərinə görə, ticarət, investisiya, hərbi-texniki sahədə, o cümlədən sənaye, təhsil və mədəniyyət sahələrində razılıqlar əldə olunub.
Rusiya liderinin fikrincə, Rusiya və Hindistanın mövqeləri çox yaxındır və beynəlxalq gündəmdəki bir çox vacib məsələdə uyğundur.
Qeyd edək ki, 3-6 sentyabr tarixlərində Rusiyanın Vladivostok şəhərində Şərq İqtisadi Forumu keçiriləcək. Hindistanın Baş naziri Narendra Modi Vladimir Putinin dəvəti ilə Rusiyaya gəlib.