Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə sentyabrın 2-də Moskvada danışıqlar aparacaq.
Görüş zamanı Fars Körfəzindəki vəziyyət, o cümlədən İranın nüvə proqramı ilə əlaqədar Hərtərəfli Fəaliyyət Planı ətrafında müzakirələr aparılacaq.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova məlumat verdi.
“Sentyabrın 2-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov ilə İranın xarici işlər naziri arasında danışıqlar keçiriləcək. İkitərəfli əməkdaşlığın aktual problemlərinin, həmçinin regional beynəlxalq gündəliyə, Fars körfəzindəki vəziyyət və digər mövzularda fikir mübadiləsi aparılması planlaşdırılır”, – Mariya Zaxarova qeyd etdi.