Rusiya və Konqo atom enerjisində əməkdaşlıq haqqında razılaşma imzaladılar

0
702

 

Rusiya və Konqo atom enerjisinin sülh məqsədi ilə istifadəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş imzaladı.
Bu barədə Rusiya Federasiyasının Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verildi.
“Rəsmi görüşdən sonra bir sıra sənədlər, xüsusilə Rusiya Federasiyası Hökuməti ilə Konqo Respublikası Hökuməti arasında atom enerjisinin sülh məqsədli istifadəsinin əməkdaşlığı haqqında razılaşma imzalanıb” – Energetika Nazirliyindən verilən məlumatda deyilir.
Qeyd edək ki, müvafiq sənəd, Rusiya prezidenti Vladimir Putin və Konqo Dövlət Başçısı Deni Sassu-Nqesso’nun görüşündən sonra imzalandı.