Rusiya və Kuba adadakı dəmir yollarının yenilənməsinə hazırlaşır

0
626

Rusiya və Kuba adadakı dəmir yolu şəbəkəsinin modernləşdirilməsi üçün tədbirlər planı hazırlayır.
Bu barədə Rusiya Nəqliyyat Nazirliyi rəhbərinin müavini Dmitri Zverev məlumat verdi.
“Kuba ilə Rusiya arasındakı münasibətlərdə aktual mövzuları müzakirə etdik … ona görə dəmir yolu nəqliyyatı, donanma, aviasiya sahəsində əməkdaşlıq, habelə konkret investisiya layihələrinin icrası barədə qərar verdik.” – Dmitri Zverev bildirdi.
Onun sözlərinə görə, dəmir yollarının modernləşdirilməsi üçün hazırlanan plana əlavə olaraq, tərəflər arasında Kuba təyyarə donanmasının uçuşa yararlılığının artırılması, o cümlədən pilot işçi heyəti və sənaye işçiləri üçün qabaqcıl təlimlər barədə razılıq əldə edilmişdir. Digər layihələr Kuba limanları və sahil infrastrukturu ilə əlaqəli olacaq.