Rusiya Prezidenti Vladimir Putin və Livan Prezidenti Mişel Aun arasında keçirilən danışıqlar nəticəsində, iki ölkə arasında dostluq və əməkdaşlığın daha da möhkəmləndirilməsi və inkişafı ilə bağlı müqavilə imzalandı. Bu barədə Kremlin mətbuat xidmətindən məlumat verildi.Putin və Aun arasında görüş Moskvada keçirildi. Kremlin mətbuat xidmətindən verilən məlumata əsasən, ölkə liderləri ticarət, iqtisadi və humanitar sahələrini, Rusiya-Livan əməkdaşlığının gələcək inkişafı məsələlərini müzakirə etdi.Qeyd edək ki, Livan prezidenti Mişel Aun Moskvada rəsmi səfərdədir.