Rusiya və Monqolustan Dostluq münasibətli haqqında müqavilə imzaladılar

0
714

Rusiya ilə Monqolustan prezidentləri Vladimir Putin və Xaltmaagiin Battulgi arasındakı danışıqlardan sonra, ölkələr arasında münasibətlər və hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalanıb.
Həmçinin, iki ölkə rəsmisi terrorizmə qarşı mübarizə, regionlararası və sərhədlərarası əməkdaşlığın təşviqi ilə bağlı müqavilələr bağladı.
Moskva və Ulan-Bator hökumətləri arasında Monqolustana hərbi-texniki yardımının 2004-cü il 3 mart tarixində pulsuz təqdim edilməsi haqqında sazişin yenilənməsi barədə iki ölkənin Nazirlər Kabineti arasında protokollar da imzalandı.
Bundan əlavə “Rosseti” ilə “Erdenes Monqol” MMC arasında Anlaşma Memorandumu da imzalandı.