Rusiya və Suriya Rukban düşərgəsindən ayrılan qaçqınların sayının azalmasından narahatdır. Rusiya və Suriya bir daha ABŞ-ı təkrar düşünməyə çağırırlar. Bu barədə Rusiya və Suriya hökümətlər arası koordinasiya qərargahının birgə bəyanatında məkumat verildi.
Qərargahdn verilən məlumata əsasən ABŞ qaçqınların qaytarılmasına mane olmağa davam edir. Eyni zamanda, Rukban düşərgəsində vəziyyət getdikcə pisləşir.
Tərəflər beynəlxalq ictimaiyyətin diqqətini çatdırır ki, Suriya ərazilərinin ABŞ və onun müttəfiqləri nəzarəti altında saxlanması Suriyadakı münaqişənin sona çatmasına imkan vermir.
Qeyd edək ki, İordaniya ilə Suriya sərhədində yerləşən Əl-Tanfa bölgəsində ABŞ hərbi bazası yerləşir. Rukban düşərgəsi isə, Vaşinqtonun hərbi bazasının 55 kilometriliyində, amerikalı hərbiçilərin nəzarətində olan zonada yerləşir.