Rusiya və Türkiyə Su-35 və ya Su-57 qırıcılarının tədarükünü müzakirə edirlər

0
467

Rusiya və Türkiyə Su-35 və ya Su-57 qırıcılarının tədarükünü müzakirə edir. Ankaraya bu təyyarələrə böyük maraq göstərdi.
Bunu «MAKS-2019” aviasərgisi zamanı jurnalistlərə açıqlamasında Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin direktoru Dmitri Şuqayev söyləyib.
“Türkiyəli həmkarım cənab Dəmir ilə danışıqlar baş tutacaq. Gündəmdə olan məsələlərin müzakirəsini davam etdiririk. Bu S400-lərin tədarükü ilə bağlıdır.
Bundan əlavə Türkiyə Su-35 və ya Su-57 qırıcı təyyarələrinə böyük maraq göstərdi. Müqavilə haqqında danışmaq hələ tezdir, hələ heç bir müraciət olmayıb , məsləhətləşmələr edilməlidir” – Rusiya Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin direktoru Dmitri Şuqayev qeyd etdi.