Rusiya Xarici İşlər Nazirinin müavini İqor Morgulov V Şərq İqtisadi Forumunun tədbirləri zamanı yapon həmkarı Takeo Mori ilə iki ölkə liderləri Vladimir Putin və Şinzo Abe görüşünə hazırlıq məsələlərini müzakirə etdi.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verildi.
“Rusiya-Yaponiya sammitinin hazırlanması ilə bağlı, ikitərəfli münasibətlər məsələsi müzakirə edilib” – Xarici İşlər Nazirliyindən verilən məlumatda deyilir.
Qeyd edək ki, Putin və Abe arasında danışıqlar sentyabrın 5-də Vladivostokda keçiriləcək. Bir müddət öncə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov, Rusiya Federasiyasının Prezidenti və Yaponiyanın Baş Nazirinin ikitərəfli əməkdaşlıq və sülh müqaviləsi problemlərini müzakirə edəcəyini bildirildi. Abe özü, Vladivostoka gəlməzdən əvvəl jurnalistlərə demişdi ki, Putinlə görüşdə sülh müqaviləsinin bağlanması ilə bağlı danışıqları yeni səviyyəyə gətirmək istəyir.